...

"Azerbaijan Changing DiabetesTM Awards" mükafatı müsabiqəsinin müddəti uzadılıb

Cəmiyyət Materials 30 Oktyabr 2017 14:15 (UTC +04:00)
Jurnalistlərin müraciətini və mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin KİV nümayəndələri üçün elan etdiyi müsabiqənin müddəti uzadılıb.
"Azerbaijan Changing DiabetesTM Awards" mükafatı müsabiqəsinin müddəti uzadılıb

Bakı. Trend:

Jurnalistlərin müraciətini və mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin KİV nümayəndələri üçün elan etdiyi müsabiqənin müddəti uzadılıb.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, jurnalistlər noyabrın 14-ü 2017-ci il tarixinə qədər hazırladıqları məqalələri [email protected] email ünvanına göndərə bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing DiabetesTM Awards” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqəyə start verilib. Layihə çərçivəsində İlin ən yaxşı jurnalisti (Best journalist of the year) nominasiyası təqdim olunacaq. Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək. Məqalə müəllifləri məqalə ilə birlikdə öz tərcümeyi-hallarını da məktuba əlavə etməlidirlər.

Fərqlənən yazı müəlliflərini Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətindən dəyərli hədiyyələr gözləyir. Qaliblər noyabr ayının 29-da keçiriləcək “Azerbaijan Changing DiabetesTM Awards” mükafatının təqdim etmə mərasimində açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti