...

"ASAN Radio" Gəncədə yayıma başlayıb

Cəmiyyət Materials 21 Noyabr 2017 13:28 (UTC +04:00)
“ASAN Radio” yaradılmasının iki illiyi ərəfəsində Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.
"ASAN Radio" Gəncədə yayıma başlayıb

Bakı. Trend:

“ASAN Radio” yaradılmasının iki illiyi ərəfəsində Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

İndi “ASAN Radio”nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür.

Qeyd edək ki, “ASAN Radio”nu Bakı və Abşeron yarımadası, Sumqayıtda 100.0 Mhz tezliyində, Cənub və Aran bölgəsində Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində dinləyə bilərsiniz.

Hazırda “ASAN Radio”nun yayım dairəsi Azərbaycanın bölgələrinin 65-70%-ni əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti