...

Məktəblilərin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil edilib (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2017 12:37
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub.
Məktəblilərin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub.

BŞTİ və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiya ümumi təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edib.

Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalarda qısa mühazirələr oxunub və bir çox yaradıcı oyunlar keçirilib.

Ekskursiyalar zamanı məktəblilərə YARAT Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçirilib. Mərkəzdə təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək də öyrədilib.

Ekskursiya çərçivəsində şagirdlərin bədii qiraət ustaları, tanınmış idmançılar və digər ziyalı şəxslərlə görüşləri də təşkil olunub.

YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaların yaxın zamanda davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti