...

Bakı-Şamaxı-Yevlax yolu buz bağlayıb - Avtomobillər yolda qalıb (VİDEO)

Cəmiyyət Materials 16 Yanvar 2018 10:45 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolu buz bağlayıb.
Bakı-Şamaxı-Yevlax yolu buz bağlayıb - Avtomobillər yolda qalıb (VİDEO)

Bakı. Samir Əli - Tred:

Bakı-Şamaxı-Yevlax avtomobil yolu buz bağlayıb.

Trend-in məlumatına görə, gecə saatlarından etibarən yolun bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Yolun Abşeron rayonunun Qobustan kəndi, Cəngi qəsəbəsi, Qobustan rayonunun Mərəzə qəsəbəsi, Şamaxı rayonunun Acıdərə və Ağsu rayonunun Ağsu dolaylarından keçən hissələrində avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Yollara qum və buz qarışığının tökülməsinə başlanılıb.

Yolun Mərəzə qəsəbəsi ərazisindən keçən hissəsində olan sürücülər Trend-ə bildiriblər ki, hazırda bəzi avtomobillər hərəkəti davam etdirə bilmədiklərindən Qobustan rayonunun Nərimankənd ərazisində dayanmaq məcburiyyətində qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti