...

Gəncədə "20 Yanvar" faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2018 14:49 (UTC +04:00)
AYB Gəncə Bölməsində “20 Yanvar” faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib.
Gəncədə "20 Yanvar" faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin il dönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AYB-in Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül Hüseynova çıxış edərək tariximizə qanla yazılmış “20 Yanvar” faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıb. Bildirib ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər

Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Aləmzər Əlizadə öz çıxışında bildirdi ki, xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Bayram Göyçəli öz çıxışında dedi ki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsinin törədildi, məqsədləri isə öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.

Tədbirdə şair və yazıçılardan İmamverdi Məmmədov, Ramiz Təmkin, Rəhim Qurbani, Zahir Şirani, Almaz Yusifqızı, Zülfiyyə, Cabbar Haqverdiyev, Oruc Göyçəli, Elnur Baxış, Əfəndi Hacıyev, Nadir Ovçu, Kənan Yusifoğlu, Tofiq Hüseynoğlu, Eldar İsayev və başqaları 20 yanvar hadisələrinə həsr etdikləri şeirləri və poemalarından parçalar oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti