...

Azərbaycanda yanacaqdoldurma məntəqələrinə ulduz verilə bilərmi?

Cəmiyyət Materials 1 Fevral 2018 07:50
Dünyanın bəzi ölkələrində yanacaqdoldurma məntəqələrinə otellər kimi ulduz verilməsi təklif olunur.
Azərbaycanda yanacaqdoldurma məntəqələrinə ulduz verilə bilərmi?

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyanın bəzi ölkələrində yanacaqdoldurma məntəqələrinə otellərdə olduğu kimi ulduz verilir. Bu ulduzlar yanacaqdoldurma məntəqələrində xidmətin və yanacağın keyfiyyətindən tutmuş yanacağın qiymətlərinədək məsələləri əhatə edir.

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün yanacaqdoldurma məntəqələrinə ulduz verilməsi qiymətə təsir etməyəcək:

“Azərbaycanda ulduz yalnız otellərə verilir. Ulduz xidmətin səviyyəsinə görə verilir. Ulduz otellərdə göstərilən xidmətlərin qiymətinə təsir edir. Üç ulduzlu otel ilə beş ulduzlu otelin qiyməti fərqlidir. Yanacaqdoldurma məntəqələrinə ulduz veriləcəyi halda, hansı meyarların əsas götürülməsi önəmli məsələdir. Çünki Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Bəzi ölkələrdə yanacağın qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün yanacaqdoldurma məntəqələrinə ulduzun verilməsi qiymətlərə də təsir edir”.

Ekspert bildirib ki, yanacaqdoldurma məntəqələrinə ulduz verilərkən orada sürücülərə əlavə hansı xidmətlərin göstərilməsinə görə verilə bilər: “Bu xidmətlərə avtomobillərin yuyulması, kafe, restoran, market xidmətləri, o cümlədən motel tipli gecələmə yeri, bank və poçt xidməti ola bilər. Bu baxımdan ulduz verilməsinin əhəmiyyəti ola bilər. Ancaq ölkəmizdə yanacağın qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün ulduzun yanacaqdoldurma məntəqələrində qiymətlərə təsiri olmayacaq. Yanacağın qiyməti sərbəst olan ölkələrdə ulduz verilməsinin qiymətə təsiri ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti