DİM-dən Trend-ə verilən məlumata görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 7 nəfər iştirak edib.

İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL IBT imtahanının aprelin 21-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, TOEFL IBT imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.