Tehran. Azad Həsənli, Kamyar İqbalnejad - Trend:
İran Azərbaycanda özəl xəstəxanalardan birinin idarəetməsini həyata keçirəcək.
Trend-in məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, Azərbaycan İranla səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirir:
“Əminəm ki, bu layihə yaxın zamanlarda başa çatacaq”.
Ş.Mustafayev həmçinin əlavə edib ki, ölkələr digər sahələrdə də fəal əməkdaşlıq edir:
“Bizim kənd təsərrüfatı sahəsində yaxşı əlaqələrimiz var. Bundan başqa biz ölkəmizdə avtobus və kənd təsərrüfatı texnikasının istehsalının təşkil olunması üçün İran tərəfinə şərait yaratmaq istəyirik”.