...

TREND-in əməkdaşı KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub

Cəmiyyət Materials 16 Mart 2018 11:34 (UTC +04:00)
TREND-in əməkdaşı KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub.
TREND-in əməkdaşı KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqədə 67 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 169 yazı daxil olub:

"Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan edilib. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə, 15 istiqamət üzrə 90 yazı qalib elan olunub".

Sonda müsabiqənin qaliblərinin adları açıqlanıb. Qaliblər sırasında Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Güləliyev də var.

Çıxışlardan sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti