...

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Cəmiyyət Materials 27 Mart 2018 17:50 (UTC +04:00)
Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi aprelin 1-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti