Həyat formulu: Görkəmli bakılılar – Solomon Qusman və Lola Barsuk haqqında kitab

Həyat formulu: Görkəmli bakılılar – Solomon Qusman və Lola Barsuk haqqında kitab

Bakı. Trend:

Dərin düşünən insan həmişə həyat, tale, bu dünyada qismətinə düşən günləri necə yaşaması barədə fikirləşir. Elə nümunə varmı ki, ona istinad edə biləsən, elə bir yol varmı ki, səni əsaslanacağın prinsiplərə yönəltsin... Həyat formulunu tapmaq, təəssüf ki, heç də hamıya nəsib olmur. Bu formul fərdi, unikaldır. Lakin elə insanlar var ki, onların həyatı yol göstərən ulduz ola biləcək həmin nümunə, həmin formuldur.

Məşhur bakılı, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu: atam və anam haqqında kitab”ı məhz bu cür insanlara həsr edilib. Xatırladaq ki, Mixail Qusman məşhur “Hakimiyyət formulu” televiziya verilişinin müəllifidir; prezidentlər, öz həyat tarixçəsi, taleyi ilə tanınmış dövlət xadimləri bu verilişin qonağı olublar. Onun kitabı da verilişi kimi maraqlı və cəlbedici alınıb.

M.Qusman kitabı öz valideynlərinə, məşhur bakılılar, görkəmli şəxsiyyətlər – professor Solomon Qusmana və filoloq, pedaqoq, professor Lola Barsuka həsr edib. “Bu kitab onlar haqqında və onların dövrü haqqında, onların yaşadıqları həmin parlaq, namuslu, qüsursuz həyat haqqındadır”, - deyə müəllif “Ön söz”də yazır. Bəli, Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət üstəgəl bir-birinə, övladlarına, doğmalarına və yaxınlarına, insanlara böyük məhəbbət. Oxucu elə ilk səhifələrdən bu kitabın qəhrəmanlarının təkcə övladları Mixail Qusmana və Yuli Qusmana deyil, həm də bu kitab sayəsində çoxlarına miras qoyduqları həyat formulunu duyacaq.

Biz kitabda Qusmanların nəsli haqqında məlumat alırıq; onların sırasında ədəbiyyatçılar, neftçilər, musiqiçilər, inşaatçılar, həkimlər... var. Onların hamısı əsl bakılı kimi öz şəhərlərini seviblər, onun rifahı naminə çalışıblar. Məsələn, Mixail Qusmanın babasının qardaşı inqilaba qədər Dənizkənarı bulvarın direktoru olub. Müəllif doğmaları haqqında xatirələrində yazır ki, o zaman bu bulvar dənizin sahilində botanika bağını xatırladırdı.

Vurğulamaq lazımdır ki, bu kitab keçən əsrin 40-70-ci illər Bakısının özünəməxsus tarixidir. Bu tarixi indi o qədər də çox insan xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində və həyətlərində yaşayır. O, səs-küylü, bir-birinin köməyinə yetişməyə hər zaman hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə yaşayır. Mixail Qusmanın kitabında Bakı, bax, bu cür canlandırılır.

Mixail Qusmanın atası Solomon Qusman 1904-cü il mayın 9-da, anası Lola Barsuk 1916-cı il aprelin 7-də dünyaya gəlib. Solomon Qusman uzun illər Bakıda Xəzər donanmasında həkim işləyib, Böyük Vətən müharibəsi cəbhələrində həkim kimi fəaliyyət göstərib. Hərbi xidmətini başa vurduqdan sonra ömrünün sonunadək ona doğma olan Sabunçu xəstəxanasında işləyib. Solomon Qusman həm də Bakıda tanınmış alim idi. O, professor olaraq Tibb İnstitutunda dərs deyib və kafedra müdiri olub. Lola Barsuk 20 il Xarici Dillər İnstitutunda elmi işlər üzrə prorektor işləyib, sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda xarici dillərin tədrisi metodikası və ingilis dilinin leksikası kafedralarına rəhbərlik edib.

Onlar cəmiyyətdə mühüm yer tutublar. Lakin bu ailə öz sadə, təvazökar həyatı ilə fərqlənib. O zaman Qusmanlar Pyotr Montin küçəsində üçotaqlı mənzildə yaşayırdılar. Namuslu həyat onlar üçün hər şeydən üstün idi. Məsələn, tədbirlərin birində Lola Barsukla görüşərkən Heydər Əliyev özü onun işini qiymətləndirmişdi: “Bilirsiniz, Lola Yuryevna, mənim bundan əvvəlki vəzifəmdə (DTK rəhbərliyini nəzərdə tutur) mənə ali məktəb müəssisələrinin demək olar ki, bütün rəhbərləri barədə müxtəlif arayışlar, bəzən iftiralar, hətta donoslar gətirirdilər. Onları çox ağır günahlarda, lakin hər şeydən əvvəl, əlbəttə ki, rüşvətxorluqda ittiham edirdilər. Bəzən ədalətli, daha çoxu ədalətsiz olurdu. Siz isə Bakıda ali məktəbin yeganə rəhbərisiniz ki, haqqınızda heç vaxt bu cür sənəd daxil olmayıb”.

Professor Lola Barsukun tələbələri sırasında həyatda uğur qazanan çoxsaylı insanlar, tanınmış jurnalistlər, professorlar, diplomatlar var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, peşəkar diplomat Fəxrəddin Qurbanov və bir çoxları onun tələbələri olublar.

Kitabda Qusmanlar ailəsi ilə bağlı maraqlı hadisələr təsvir edilib. Solomon Qusman Bakıya tez-tez gələn Vladimir Mayakovski və Sergey Yeseninlə tanış idi. Yesenini elə həkim Qusman Sabunçu xəstəxanasında müalicə etmişdi. Bir dəfə isə o, gəmi təmiri zavodunun xəstəxanaya çox ağır zəhərlənmə ilə gətirilmiş 137 fəhləsini ölümdən qurtarmışdı. Buna görə Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov onu “SSRİ səhiyyə əlaçısı” nişanı ilə təltif etmişdi. Bakıya gəlmiş İosif Stalini müşayiət etmək üçün Xəzər donanmasının ən yaxşı həkimi kimi cəbhədən geri çağırılmışdı. Stalin buradan ABŞ prezidenti və Böyük Britaniyanın Baş naziri ilə görüşmək üçün Tehrana getməli idi.

Solomon Qusman Bakıya, doğma şəhərə çox sadiq idi. Moskvaya, ona təklif edilən yüksək vəzifəyə getməyə razılıq verməmişdi. Bu cür cəlbedici təkliflər Lola Barsuka da olunmuş, o da imtina etmişdi. Professor Adil Baxşəliyev Solomon Qusman haqqında belə yazır: “O, təkcə kafedra müdiri, məşhur professor, yaxşı həkim deyil, hər şeydən əvvəl gözəl keyfiyyətlərə malik insan idi. Kafedrada səmimi, xeyirxah münasibətlərin olmasına çalışırdı. Deyərdi: elə etmək lazımdır ki, evdə iş üçün darıxasan, işin sonunda isə ev üçün darıxasan. Professor Qusman böyük və kiçik vəzifəli əməkdaşlar arasında heç vaxt fərq qoymazdı. O, kimin nəyə ehtiyacı olduğunu bilirdi, onunla 40 il işləmiş sanitarların ad günündə bütün həkimləri toplayar, onlara gül və hədiyyələr aparardı”.

Ata Qusmanı tanıyan hər kəs onu xeyirxah, səmimi, eyni zamanda, ciddi və prinsipial adam kimi xatırlayır. Mixail Qusman kitabında belə bir ştrix verib: “Əgər o, kiməsə “Mən sizə əl uzatmayacağam” desəydi, görüşəndə əlini arxasında qoşalaşdırardı. “Qeyd etməliyəm ki, bunu etmək çox çətindir. Mən özüm bunu bir dəfə sınadım. Uzadılan əli sıxmamaq, praktiki olaraq, mümkün deyil”.

Mixail Qusman valideynlərinin həyatını sanki baş verənlərin şahidi kimi elə canlı təsvir edir ki, oxucu o illərin mühitinə, bənzərsiz aurasına düşür. Axı bütün bunların hamısı olub; bu cür xeyirxah, vicdanlı, səmimi, özünü sevimli işinə həsr edən insanlar olub. Bu bakılılarla qürur duymaq olar. “Mənim gənclik illərimdə Bakıda özünəməxsus fantastik dostluq mühiti var idi. Məsələ təkcə bu gün multikulturalizm adlandırılan milli tərkibin unikallığında deyil. Moskvadan Bakıya iş üçün və ya qonaq gələn dostlarım başa düşə bilmirdilər, necə ola bilər ki, mən tək və ya Yuli ilə, ya da bütöv bir kompaniya ilə Torqovı küçəsində qarşımıza çıxan beş nəfərdən dördü ilə salamlaşır, hətta qucaqlaşır və öpüşürdük. Onlar fikirləşirdilər ki, bu hansısa oyun formasıdır. Əslində isə hamı bir-birini tanıyırdı”, - deyə M.Qusman ovaxtkı Bakı haqqında belə yazır.

Kitabda Mixail Qusmanın çox maraqlı xatirələri var. Məsələn, o, bir dəfə böyük Azərbaycan müğənnisi Müslüm Maqomayein kompaniyasına necə düşdüyünü, Stalinin Bakıda oğlunun olduğu, sonra onun başına nələr gəldiyi haqqında söhbətlərin necə şahidi olduğunu xatırlayır.

Maraqlıdır ki, Solomon Qusman və Lola Barsuk neçə-neçə insanın həyatında mühüm rol oynayıb, silinməz izlər qoyublar. Kitabda həmin insanların - professorların, müəllimlərin, həkimlərin, yazıçıların kitabın qəhrəmanları barədə xatirələrini oxumaq mümkündür.

Mixail Qusman kitab yazmaq fikrinə bir neçə il əvvəl düşmüşdü. Müəllif yazır ki, xatirələri AZƏRTAC-da agentliyin rəhbəri Aslan Aslanovun dəstəyi ilə toplamağa başladılar. Mixail Qusman bu kitabla, demək olar, bizə valideynlərimizi sevməyi, onlarla keçirdiyimiz hər dəqiqənin qədrini bilməyi öyrədir. Axı nə qədər ki bizim valideynlərimiz var, yaşımızdan asılı olmayaraq, biz onların uşaqlarıyıq. Onun kitabı valideynlərə yazılmış himndir. “Məhz onların insani qüdrəti, qüsursuz tərbiyəliliyi, dərin zəkası və fenomenal xeyirxahlığı mənim üçün həyatım boyu can atdığım, təəssüf ki, əlçatmaz zirvələrdir, - deyə müəllif yazır. – Bu, təkcə gözəl sözlər deyil, mənim bu insanların miqyasını dərk etməyim, bundan başqa, bizim hamımızın həyatımızın faciəsini dərk etməyimdir – çünki bu cür insanlar həyatdan gedirlər”.

SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
Loading Bars
Xəbər lenti
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
AGF-nin vitse-prezidenti Altay Həsənov: Əldə etdiyimiz nailiyyətlər Mehriban xanım Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsidir
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
Baş Prokurorluqda Ermənistanın 17 muzdlu döyüşçüsü barədə axtarış elan edilib
25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın cinayətləri haqqında məktublar göndərilib (FOTO)
Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb
Ermənistan diaspor dayağını necə itirib?
Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır
Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb
Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Şəmkir sakinlərindən silah götürülüb (VİDEO)
Qəbələ meşəsində qanunsuz ağac kəsintisi olub
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
Fransada idmançılar üçün xüsusi tibbi maskalar hazırlanıb
65 yaşdan yuxarı 176 məhkum azad olunub
Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya (FOTO)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb
İnkişafın Qarabağ modeli qurulacaq - Vüsal Qasımlı
Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub
Uğursuz Daşaltı əməliyyatı tarixdə qaldı - 29 il sonra Trend TV-nin Daşaltıdan QƏLƏBƏ REPORTAJI
Bütün xəbərlər