Bakı. Trend:
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə Trend-ə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib.
Vəkil qeyd edib ki, H.Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.
Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.
2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.