...

Bədii gimnastika üzrə Dünya Kubokunda gimnastların mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2018 18:29 (UTC +04:00)
Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük üzrə gimnastların mükafatlandırılması mərasimi keçirilib
Bədii gimnastika üzrə Dünya Kubokunda gimnastların mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük üzrə gimnastların mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, dörd alətlə hərəkətlərin yekununa əsasən, birinci yeri 69,050 xalla Rusiya gimnastı Mariya Sergeyeva tutub. İkinci yerdə 67,550 xalla ukraynalı gimnast Vlada Nikolçenko, üçüncü yerdə 66,550 xalla belaruslu Anastasiya Salos qərarlaşıb.

Medalları Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimanstika üzrə Texniki Komitəsinin üzvü Kerolayn Hant və Gürcüstan Bədii Gimnastika Federasiyasının prezidenti Nelli Saladze təqdim edib.

Bundan başqa, Dünya Kuboku mərhələlərində 3 ən yaxşı nəticəyə əsasən FIG kuboku təqdim olunub. Bu mükafata israilli gimnast Lina Aşram layiq görülüb.

Mərasim zamanı AGF-in təsisi etdiri “AGF Trophy” də öz sahibini tapıb. Ən yüksək xal yığdığına görə, bu mükafata Mariya Sergeyeva layiq görülüb.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Xəbər lenti

Xəbər lenti