Bakı. Trend:
Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena"da "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilir.
Tred-in məlumatına görə, Azərbaycanı təmsil edən Aysel Məmmədova (AISEL) müsabiqədə ilk çıxış edib. "X my heart" adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.
Qeyd edək ki, Portuqaliya "Avroviziya-2018" mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu Kiyevdə keçirilən "Avroviziya-2017"də qalib gələrək əldə edib.
Müsabiqədə 43 ölkə iştirak edir. Onlardan 37-si yarımfinallarda mübarizə aparacaq. İlk yarımfinal mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si baş tutacaq.