...

Altay zavodu Azərbaycana işıq texnikası ixrac etmək istəyir

Cəmiyyət Materials 2 İyun 2018 08:49 (UTC +04:00)
Altay zavodu Azərbaycana işıq texnikası ixrac etmək istəyir.
Altay zavodu Azərbaycana işıq texnikası ixrac etmək istəyir

Bakı. Trend:

Bakıda sentyabr ayında Barnaul işıq texnikası zavodunun (Rusiya Federasiyası, Altay diyarı) sərgi pavilyonunun açılışı planlaşdırılır.

Trend-in məlumatına görə, bununla bağlı razılıq Altay diyarının nümayəndə heyətinin mayın ortalarında Azərbaycana səfəri zamanı zavodun baş direktoru Yevgeni Şnitovla əldə olunub.

Pavilyon Altayda istehsal olunan işıq-diod sistemlərinin potensial istehlakçılara təqdim olunmasına imkan verəcək.

Azərbaycanda Barnaul zavodunun məhsullarına mühəndislik, layihələndirmə və aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən maraq göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti