Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün aparılan sənəd qəbulu iyulun 8-də yekunlaşıb.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib ki, sənəd qəbuluna iyulun 2-dən başlanmışdı.
C.Valehov bildirib ki, bu il rekord sayda - 50 697 nəfər müəllim işləmək üçün sənəd verib.