...

Qurban bayramında və istirahət günlərində "Bakmil" stansiyası adi qaydada işləyəcək

Cəmiyyət Materials 21 Avqust 2018 16:48 (UTC +04:00)
Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək.
Qurban bayramında və istirahət günlərində "Bakmil" stansiyası adi qaydada işləyəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.

Qeyd edilən tarixlərdə sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti