...

Mərakeş gəncləri Azərbaycanda (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2018 10:03 (UTC +04:00)
Mərakeş gəncləri Azərbaycanda səfərdədirlər.
Mərakeş gəncləri Azərbaycanda (FOTO)

Bakı. Trend:

Avqustun 21-dən etibarən Mərakeş gənclərinin Azərbaycana səfəri başlayıb.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, proqrama əsasən qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, Şəki şəhərində, Qəbələ, İsmayıllı və Göygöl rayonlarında səfərdə olacaqlar. Eyni zamanda, qonaqlar bir sıra idman müəssisələrində, gənclər təşkilatlarında görüşlər keçirəcəklər.

31 avqust tarixinədək davam edəcək səfər Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti