...

Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Cəmiyyət Materials 31 Avqust 2018 18:20 (UTC +04:00)
Atmosfer havasında hazırda müşahidə olunan tozun miqdarı açıqlanıb.
Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Bakı. Trend:

Atmosfer havasında hazırda müşahidə olunan tozun miqdarı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti