...

Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin son yarış gününə start verilib (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2018 12:57 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun gününə start verilib
Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin son yarış gününə start verilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yekun gününə start verilib.

Trend-in məlumatına görə, bu gün kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçiriləcək.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edəcək. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edəcəklər.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti