Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır (FOTO)

Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranları olmaqla, bir milyondan çox üzvü birləşdirən Təşkilatın yubileyinin qeyd edilməsi böyük əhəmiyyət daşıyır. Qurum vətənpərvərlik tərbiyəsini, eləcə də azərbaycançılıq məfkurəsini gənc nəsil arasında təbliğ edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir.

Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə oktyabrın 16-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səslənib.

Yubiley tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov, təşkilatın üzvləri, ictimai qurumların təmsilçiləri və gənclərlə yanaşı, müxtəlif ölkələrin veteran qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu qurumun yaradılmasının 30 illik yubileyi münasibətilə İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq nümayiş etdirmiş, Vətənə canı bahasına xidmət etmiş veteranları təşkilatın sədri, general-polkovnik Tofiq Ağahüseynov adından təbrik edib.

Ölkəmizdə veteran hərəkatının yaranması və təşkilatın fəaliyyəti haqqında danışan Cəlil Xəlilov qeyd edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermiş veteranlara Azərbaycanda ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə veteranlar təşkilatının fəaliyyətində canlanma yaranıb və bu hərəkat bütün ölkəni əhatə edib. Dahi şəxsiyyətin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynayıb.

Diqqətə çatdırılıb ki, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb.

Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan inzibati binanı, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların və müharibə əlillərinin mənzil və avtomobillə təmin edilməsini, onlara Prezident təqaüdünün verilməsini və digər məsələləri qeyd etmək olar.

Veteranların sosial müdafiəsinin təminində bütün dövlət orqanlarının köməyini yüksək qiymətləndirən, Prezidentin qayğısını xüsusi qeyd edən C.Xəlilov səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə veteranlara göstərilən diqqət və qayğı mühüm rol oynayır. Prezident İlham Əliyevin veteranlara hərtərəfli qayğı siyasətinin başlıca məqsədi vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqelərinin, sosial müdafiəsinin gücləndirilməsidir. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər.

C.Xəlilov Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, mətbuatda aparılan təbliğat işlərindən danışıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov əlamətdar hadisə münasibətilə dost ölkələrdən gəlmiş veteran təşkilatlarının rəhbərlərini salamlayıb, Respublika Veteranlar Təşkilatının üzvlərini, veteranları yubiley münasibətilə təbrik edib. T.Süleymanov bildirib ki, Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusində gənclər üçün örnəkdir. Müxtəlif təşkilatlar gənclərlə görüş keçirdiyində veteranlarımızı dəvət edirlər, onlardan öz şərəfli həyat yollarından danışmalarını istəyirlər. Təsadüfi deyil ki, bugünkü tədbirdə veteranlarla yanaşı, çoxlu sayda gənc də iştirak edir.

Tahir Süleymanov qeyd edib ki, Respublika Veteranlar Təşkilatının əsas vəzifələrindən biri veteranlara qayğı göstərilməsi, onların sosial hüquqlarının təmin olunması istiqamətində fəaliyyət göstərməkdir. Qurum bu istiqamətdə dövlət orqanları ilə səmərəli əməkdaşlıq edir. Azərbaycanda veteranlara göstərilən dövlət qayğısından danışan Prezident Administrasiyasının şöbə müdirinin müavini bildirib: “Ümummilli lider Heydər Əliyev veteranlara daim yüksək diqqət və qayğı göstərirdi. Məhz Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda “Veteranlar haqqında” Qanun qəbul edilib, veteranlarla iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət tərəfindən müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara evlərin, mənzillərin, minik avtomobillərinin paylanılmasına başlanılıb. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 2015-ci ildə Respublika Veteranlar Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Respublika Veteranları Təşkilatına hər il dövlət büdcəsindən birbaşa maliyyə yardımları ayrılır. Dövlət tərəfindən veteranlara, Respublika Veteranları Təşkilatına qayğı göstərilir. Bu diqqət və qayğı gələcəkdə də yüksələn xətlə davam edəcək”.

Yubiley münasibətilə təşkilatın rəhbərliyini və bütün üzvlərini bir daha təbrik edən Tahir Süleymanov gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işində onlara uğur, əzm və fədakarlıq arzulayıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov veteranları təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Veteranların Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, ölkəmizin inkişafında əsl vətənpərvərlik nümunəsi göstərdiklərini, Prezidentin həyata keçirdiyi siyasəti tam dəstəklədiklərini vurğulayan Siyavuş Novruzov onların gənc nəsillərə örnək olduğunu deyib. Bildirib ki, veteranlardan ilham və tövsiyə alan gənclərimiz Vətən uğrunda canlarından da keçməyə hazırdırlar. Aprel döyüşləri bunun bariz nümunəsidir.

Siyavuş Novruzov qeyd edib ki, Böyük Vətən müharibəsində 700 minədək azərbaycanlı iştirak edib. Qarabağ döyüşlərində Azərbaycan əsgərləri həmişə rəşadətlə vuruşublar. Veteranlar onlara daim nümunə olub, təcrübələrini cəbhə bölgəsində əsgərlərlə bölüşüblər. Odur ki, biz veteranlarımızı daim qorumalı, onların sosial təminatını diqqət mərkəzində saxlamalıyıq. Bu gün veteranlarımıza Azərbaycan dövləti tərəfindən ən yüksək diqqət və qayğı göstərilir. Bu qayğının banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərimizin hakimiyyətə qayıdışından sonra veteranların hüquqları bərpa olunub və sosial müdafiəsi təmin edilib. Bu gün Prezident İlham Əliyev veteranlara qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayır. İlham Əliyevin prezident seçildiyi 15 il ərzində veteranlarımız dövlətin tam qayğısı ilə əhatə olunub.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aydın Əyyubov nazirliyin rəhbərliyi və kollektivi, Ordumuzun şəxsi heyəti adından Respublika Veteranlar Təşkilatının bütün üzvlərini yubiley münasibətilə təbrik edib. O bildirib ki, təşkilat ordumuzun şəxsi heyətinin döyüş və mənəvi ruhunun yüksəldilməsində, xalqımızın qəhrəmanlıq ənənələrinin gənclərə çatdırılmasında böyük işlər görürlər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin yubiley münasibətilə veteranlara təbrik məktublarını oxuyublar.

Tədbirdə iştirak edən qonaqlar - Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko, Rusiya Veteranlar Təşkilatının sədr müavini Aleksandr Kravçuk, Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakov, Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini Aytkali İsenqulov, Belarus Veteranların İctimai Birliyinin sədri İvan Qordeyçuk, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Tengiz Şubladze və başqaları çıxışlarında Azərbaycan Respublikası Veteranlar Təşkilatı ilə səmərəli əməkdaşlıq əlaqələrindən, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıb, yubiley münasibətilə səmimi təbriklərini çatdırıblar.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu
Loading Bars
Xəbər lenti
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir
Sabah 25 dərəcəyədək isti olacaq
Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi
Marneulidə Gəncə terrorunun qurbanları yad edilib
ATU və Ankara Universiteti əməkdaşlığı gücləndirir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub (FOTO)
Amerikalı kosmonavt kosmosda səs verib
Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq
Ermənistana məxsus daha bir PUA məhv edilib
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır - Komitə sədri
Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır - Ekspert
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
Xəzərdə zəlzələ olub
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - MN
Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi - Naqif Həmzəyev
Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib (FOTO)
Prezidentə yazırlar: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticələridir
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət
DİN əhaliyə müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 min nəfəri ötüb
Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb (FOTO/VİDEO)
Əli Əhmədov rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə görə Dmitri Medvedevə məktub göndərib
Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir
Dünyadakı kəşmirlilər niyə 27 oktyabrı Qara Gün kimi qeyd edirlər? (FOTO)
COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Bütün xəbərlər