...

Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq

Cəmiyyət Materials 5 Noyabr 2018 16:13 (UTC +04:00)
Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.
Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq

Bakı. Samir Əli - Trend:

Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti