...

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

Cəmiyyət Materials 17 Noyabr 2018 13:42 (UTC +04:00)
Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.
Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır: "Şagirdlərin danışmaq standartlarını da yoxlamağa hazırıq. Amma 2 il 6 ay biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız imkan verir".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib:

"Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoloji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs lazımdır, o resurslar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti