Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Aqil Abbas deyib.
Millət vəkili bölgələrdə kitabxanaların fəaliyyətindən narazılığını bildirib: "Bəzi rayonlarda kitabxanaların sayı qənaətbəxş səviyyədə deyil. Elə rayon mərkəzi var ki, orada 2-3 kitabxana var, eləsi də var ki, kitabxana yoxdur".
O əlavə edib ki, rayonlarda kitab mağazaları da azdır: "Heç olmasa, qəzet köşklərində kitab satışını genişləndirmək olar. Hər rayonda ən azı 1-2 qəzet köşkü var”.
A.Abbas elektron kitabxanaların artırılmasının vacibliyini də vurğulayıb: "Ümumiyyətlə, kitabxana məsələsi ən ciddi məsələlərdən biridir”.