...

Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2019 17:42 (UTC +04:00)
Bakının mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 24 fevral saat 22:00-dan 25 fevral səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.

Sürücülərdən vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti