...

Lətif Qəndilov “Belta” informasiya agentliyinin baş direktoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 1 Mart 2019 19:40 (UTC +04:00)
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov “Belta” informasiya agentliyinin baş direktoru İrina Akuloviçlə görüşüb.
Lətif Qəndilov “Belta” informasiya agentliyinin baş direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov “Belta” informasiya agentliyinin baş direktoru İrina Akuloviçlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, L.Qəndilov Azərbaycan Belarus diplomatik münasibətlərinin 25 illiyi münasibəti ilə çap olunmuş kitabın ərsəyə gəlməsində böyük rolu olan İrina Akuloviçə təşəkkür edib. Kitabın “Belta” informasiya agentliyinin təqdim etdiyi məlumatlarla daha da zənginləşdiyini söyləyib.

Səfir siyasi reallıqların cəmiyyətə düzgün təbliğ olunmasında, fikirlərin, zövqlərin, milli mənafelərin formalaşmasında və gənc nəslin tərbiyəsində informasiya agentliklərinin böyük rolu olduğunu vurğulayıb. Diplomat “Belta” informasiya agentliyinin bu sahədə çox uğurla çalışdığını və səfirlik əməkdaşlarının öz iş günlərini “Belta”-nı oxumaqla başladıqlarını bildirmişdir.

İ.Akuloviç Azərbaycan Respublikasında Azərbaycan Dövlət İnformasiya Agentliyi və Trend xəbər agentliyi ilə yaxından əməkdaşlıq etdiklərini bildirib. İ.Akuloviç 2018-ci ildə Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına səfər etdiyini qeyd edib. Azərbaycan səfərindən xoş xatirələrlə ayrıldığını və Bakı şəhərini yenidən ziyarət etməyi arzuladığını söyləyib. Azərbaycanda olduğu müddətdə əhalinin rifah halı üçün böyük işlər görüldüyünün, sabitliyin təmin olunduğunun və Bakı bulvarında vətəndaşların gecələr rahat və sərbəst şəkildə istirahət etdiklərinin şahidi olduğunu bildirib. Bakı şəhərinin gözəlliklərinə dair xoş təəssüratlarını danışıb.

Səfir İ.Akuloviçə ölkəmizlə bağlı söylədiklərinə görə təşəkkür edib, Bakıda keçiriləcək Beynəlxalq tədbirlərə onun mütləq yenidən dəvət olunacağını və əməkdaşlığa görə razılıq hissini bildirərək, Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə səfirlik tərəfindən hazırlanmış kitabı və gümüş xatirə nişanını təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti