...

Anar Bağırov: Vəkillər Kollegiyası neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür

Cəmiyyət Materials 31 May 2019 12:15 (UTC +04:00)
Yaxın zamanlarda Vəkillər Kollegiyası ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Anar Bağırov: Vəkillər Kollegiyası neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür

Bakı. Samir Əli - Trend:

Yaxın zamanlarda Vəkillər Kollegiyası ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, memorandumun məqsədi vəkillik fəaliyyətində rast gəlinən neqativ hallara qarşı mübarizə aparmaqdır: "Məqsədimiz fəaliyyətimizdə rast gəldiyimiz korrupsiya faktları ilə bağlı müzakirələrin aparılması, birgə tədbirlərin keçirilməsidir. Bu memorandum əslində ictimaiyyətə də bir mesaj olacaq ki, kollegiya da neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti