...

Akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu (FOTO)

Cəmiyyət Materials 9 İyun 2019 21:02 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub
Akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub.

Trend-in məlumatına görə, çoxnövçülüyün (balans, temp və kombinasiya edilmiş hərəkətlər) nəticələrinə əsasən “körpələr” yaş kateqoriyasında qadın cütlükləri arasında Leyla Nuriyeva və Nigar Sikoviç (63.070 bal, “Ocaq Sport” klubu) birinci yeri, Kamilla Həsənova və Solmaz Ağazadə (61.640 bal, Bakı Gimnastika Məktəbi) ikinci yeri, Selcan Axundzadə və Əsmər Rəhmətzadə (59.260 bal, “Ocaq Sport” klubu) üçüncü yeri tutublar.

Çoxnövçülük üzrə “körpələr” yaş kateqoriyasında qadın qrupları arasında birinci yerdə Aytac Ramazanova, Məryəm Qurbanova, Aysu Bayramlı (73.400 bal) ,ikinci yerdə Darya Pasmurova, Diana Məmmədova, Əsmə Seyfullayeva (72.350 bal), üçüncü yerdə isə Cəmilə Məmmədova, Yuliya Urazovskaya, Jalə Əzizova (68.950 bal) qərarlaşıblar. Bütün gimnastlar Nizami rayonunun İdman məktəbini təmsil ediblər.

“Körpələr” yaş kateqoriyasında qarışıq cütlüklərlə arasında “Ocaq Sport” klubunun nümayəndələri İsmayıl Abdullayev və Firuzə Mahmuzadə çıxış ediblər və 56.300 bal toplayıblar.

“Gənclər” yaş kateqoriyasında çoxnövçülük üzrə qadın qrupları arasında ən yaxşı nəticəsində Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadə (81.580 bal) göstəriblər. İkinci yeri Raziyə Seyidli, Ləman Məmmədova, Emiliya Nəzərli (80.650 bal), üçüncü yeri isə Aylan Babaşova, Aidə Babaşova və Nərmin Mirzəyeva (78.380 bal) tutublar. Hər üç komandanın gimnastları Bakı Gimnastika Məktəbini təmsil ediblər.

“Uşaqlar” yaş kateqoriyasında çoxnövçülük üzrə qadın cütlükləri arasında birinci yeri Nəzrin Qasımova və Şəms Amanova (71.300 bal, Bakı Gimnastika Məktəbi), ikinci yeri Zarina Musayeva və Mələk İbrahimova (64.850 bal, “Ocaq Sport” klubu), üçüncü yeri isə Səbinə Məmmədova və Aysun Məmmədova (60.600 bal, Bakı Gimnastika Məktəbi) tutublar.

“Uşaqlar” yaş kateqoriyasında qadın qrupları arasında Bakı Gimnastika Məktəbinin nümayəndələri Nəzrin Zeyniyeva, Anahita Bəşiri, Zəhra Rəşidova çıxış ediblər. Gimnastlar çoxövçülükdə 72.650 bal toplayıblar.

“Uşaqlar” yaş kateqoriyasında qarışıq cültüklər arasında Bakı Gimnastika Məktəbinin tələbələri Rauf Cabbarov və Samirə Rüstəmova çıxış ediblər və 79.450 bal toplayıblar.

“Yeniyetmələr” yaş kateqoriyasında kişi cütlükləri arasında Bakı Gimnastiak Məktəbinin yetirmələri Daniel Abbasov və Murad Rəfiyev çıxış ediblər. Onlar 82.850 bal toplayıblar.

“Yeniyetmələr” yaş kateqoriyasında kişi qruplası arasında “Ocaq Sport” klubunun nümayəndələri Kamil Cəfərov, Rəsul Seyidli, Ruslan Bağışov və Azad Həsənov çıxış ediblər və 79.090 bal toplayıblar.

“Yeniyetmələr” yaş kateqoriyasında qadın cütlükləri arasında birinci yeri Emiliya Xəlilova və Samirə Rüstəmova (74.560 bal, Bakı Gimnastika Məktəbi), ikinci yeri Aygün Əhmədova və Ayla Zəkiryayeva (65.500 bal, Bakı Gimnastika Məktəbi), üçüncü yeri isə Minə Beydiyeva və Ceyla Zəkiryayeva (61.840 bal, “Neftçi” klubu) tutublar.

“Yeniyetmələr” yaş kateqoriyasında qarışıq cütlüklər arasında birinci yeri Sabir Ağayev və Milana Əliyeva (79.800 bal), ikinci yeri Nizam Xamidulin və Mehriban Salamova (77.510 bal), üçüncü yeri isə Aylin Məmmədova və Turan Məmmədov (76.030 bal) tutublar. Bütün gimnastlar Bakı Gimnastika Məktəbinin nümayəndələridirlər.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatında "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyalarında qaliblər müəyyən edilib.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti