...

Bu metrostansiya avqustda istifadəyə veriləcək

Cəmiyyət Materials 11 İyun 2019 12:27 (UTC +04:00)
"Bakı Metropoliteni"nin Xətai stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.
Bu metrostansiya avqustda istifadəyə veriləcək

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni"nin Xətai stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni”ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Artıq stansiyada yeni eskalatorların quraşdırılması baş çatıb. Biz çalışırıq ki, “Xətai” stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti