...

Azərbaycanda şərab istehsalı artacaq

Cəmiyyət Materials 4 Avqust 2019 14:00 (UTC +04:00)
Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan “Azgranata” şirkəti bu ilin sonunadək istehsal həcmini genişləndirəcək
Azərbaycanda şərab istehsalı artacaq

Bakı. Mətanət Nəsibova - Trend:

Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan “Azgranata” şirkəti bu ilin sonunadək istehsal həcmini genişləndirəcək.

Bu barədə Trend-ə şirkətdən deyiblər. Mənbənin sözlərinə görə, hazırda müəssisədə bir neçə növ şərab məhsulu, o cümlədən 3 növ spirtsiz şərab istehsal olunur:

“Daxili bazarda bizim məhsulumuza böyük tələbat var, satış həcmləri ildən-ilə artır. Bu ilin əvvəlindən satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15-20 faiz artıb, 2017-ci illə müqayisədə isə artım 25 faiz təşkil edib”.

Şirkətdən bildiriblər ki, planlara ixrac tədarükünün artırılması da daxildir:

“Biz Rusiyaya şərab məhsulunun ixracını artırmağı planlaşdırırıq, çünki bu bazarda böyük tələbat var. İlk növbədə, söhbət quru marka şərabların ixracından gedir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti