...

Bakıda 43 min dolları mənimsəyən qadın saxlanıldı

Cəmiyyət Materials 4 İyul 2019 12:38 (UTC +04:00)
Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43.000 ABŞ dollarının alındığını bildirib.
Bakıda 43 min dolları mənimsəyən qadın saxlanıldı

Bakı. Samir Əli - Trend:

“102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılaraq 43.000 ABŞ dollarının alındığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti