Bu gün II və III ixtisas qrupları üzrə abituriyentlər imtahan verir

Bu gün II və III ixtisas qrupları üzrə abituriyentlər imtahan verir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılır. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Həm yaz, həm də yay qəbul imtahanlarında iştirak edənlər istədikləri imtahan nəticəsini seçə bilərlər.

Məlumat üçün bildirək ki, imtahanda 28 699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 134 abituriyent II qrup üzrə, 17 565 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26 523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10 107, III qrup üzrə 16 416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12 411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16 288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25 291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 12 608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 40-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Saatlıda telefon satışı mağazasında yanğın olub
Saatlıda telefon satışı mağazasında yanğın olub
Qubada ikimərtəbəli ev yanıb
Qubada ikimərtəbəli ev yanıb
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
Loading Bars
Xəbər lenti
Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib (FOTO)
Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Peru hökumətinin sədri koronavirusa yoluxub
Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb
ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 milyon barel neft verəcək
İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb
Türkiyədə zəlzələ baş verib
"Parisien": Fransadakı yəhudilərin əksəriyyəti antisemitizmdən şikayətlənir
Pakistanda ilk dəfə qadın Ali Məhkəmənin üzvü olub
Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb
İsrail prezidenti BƏƏ-yə səfər edəcək
Dünyada koronavirusa yoluxanların sayı 350 milyonu keçib
İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb
Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur
Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub (FOTO)
Elton Con koronavirusa yoluxub
Hazırda Azərbaycan-İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir - TƏHLİL
"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Saatlıda telefon satışı mağazasında yanğın olub
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb
İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib (FOTO)
Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimi keçirilib (FOTO)
Azərbaycanda koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir - RƏSMİ
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq - Səfir (FOTO)
Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş
Dələduzluqda təqsirləndirilən qadına hökm oxundu
İranla Azərbaycan arasında tikiləcək yeni körpü yükdaşımaların artımına xidmət edəcək - Şahin Mustafayev
Astaraçay üzərində tikiləcək körpü İran və Azərbaycan arasında traniziti artıracaq
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Ermənistanda siyasi fraqmentasiya dərinləşir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
“Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib (FOTO)
Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)
Magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır - DİM
Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi üçün qanunvericilik təkmilləşdirilir
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)
Buraxılış imtahanları bir mərhələdə keçiriləcək - DİM
Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim
Bakıda daha bir küçə yenidən təmir edilib (FOTO/VİDEO)
QHT Agentliyi rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb (FOTO)
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
Ötən il Azərbaycana 17 milyon dozaya yaxın COVİD vaksini gətirilib
Abituriyentlər imtahanların dəqiq tarixinə fikir verməlidir - DİM
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib
Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər - KTMT-nin sabiq baş katibi
Dayanma, durma və parklanma ilə bağlı yeni cərimələr parlamentdə müzakirə ediləcək
Narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb (FOTO)
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək (ÖZƏL)
İran şirkəti Azərbaycanda sənaye parkının rezidenti ola bilər
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub (FOTO)
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib (FOTO)
MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib
FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib (FOTO)
Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (FOTO/VİDEO)
DİN polis qeydiyyatında olan vətəndaşların qeydiyyatlarının ləğvi ilə bağlı söz - söhbətlərə aydınlıq gətirib
Şərhlərdə söyüş yazanlar cərimə oluna bilər
SOCAR AQŞ İraq Qazma Şirkətinin nümayəndə heyəti ilə görüşüb
Bakı-İstanbul və İstanbul-Bakı üzrə -ın bütün reysləri sabah günün birinci yarısına keçirilib
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb (FOTO)
“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
Bakıda daha 175 sürücü qanunsuz parklanmaya görə cərimələnib (FOTO/VİDEO)
Tağıyevin heykəlinə zərər vuranlar həbs olunub
“BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır - Kaspersky
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb (FOTO)
Azərbaycan televiziya kanalları HD formatda yayıma başlayacaq
Prezident İlham Əliyev: Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq
Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlandı
İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün tikintisi ilin sonuna kimi başa çatacaq - Şahin Mustafayev
Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
Xaçmaz RİH başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir - İcra Hakimiyyəti
28 il sonra misli ilə alınan qisas - Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (FOTO/VİDEO)
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb
İtkin düşən Tərtər sakini axtarılır
Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb (FOTO)
Xəzərin suyu niyə sürətlə azalır?
Azərbaycan ərəb ölkələrinə zəfəran ixrac edəcək (FOTO/VİDEO)
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da görüşlərə başlayıb (FOTO)
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
İstanbul hava limanı bu tarixədək bağlı qalacaq
Bütün xəbərlər