Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam etdirilir

Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam etdirilir

Bakı. Trend:

Ombudsman BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirib.

Trend-in məlumatına görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilib. Burada məqsəd “Qahirə+25” konfransına hazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Məlum olduğu kimi, bu kampaniya çərçivəsində ilk olaraq Ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə Lənkəran şəhərində Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirib.

Hazırda adı çəkilən kampaniya uğurla davam etdirilir və Müvəkkil növbəti regional konfransı Şəki şəhərində keçirib.

Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının, habelə Mingəçevir şəhərinin icra hakimiyyəti başçılarının müavinləri, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, ağsaqqallar, fəal qadınlar, sahibkarlar, gənclər, QHT və KİV nünayəndələri iştirak edib.

İlk olaraq, konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Ombudsman konfrans iştirakçılarını salamlayıb. O, bu günlərdə Şəkinin tarixi mərkəzinin və Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsimünasibətlə rayon sakinlərini və bütün xalqımızı təbrik edib, xoş arzularını bildirib.

Müvəkkil vurğulayıb ki, konfrans Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu günlərdə keçirilir vəbu uzaqgörən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizinhər zaman islahatlar və inkişafında yenimərhələyə yol açmışdır.

E.Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən,əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir.

E.Süleymanova qeyd edib ki, ölkə Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir.

Müvəkkil insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulayıb ki, məqsədi hər bir kəsin bərabərlik prinsipi əsasında bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolu oynayaraq demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar olunması yolu ilə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə edən sistemli, dinamik, müntəzəm iş aparılır.

Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan Ombudsman diqqətə çatdırıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta bizneslərin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi asılılıq və zorakılıq hallarının azalması ilə müşahidə olunur. Müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan genderə həssas münasibətin təbliğinin aparılması, qərar qəbuletmə səlahiyyətləri barədə qadınların kifayət qədər məlumatlandırılması, onların seçkilərdə və ictimai həyatda fəallığının genişləndirilməsi sahəsində məsuliyyətinin artırılmasına imkan yaradan dialoq və əməkdaşlığın, həmçinin ətraf rayonları da əhatə etməklə regional sığınacaqların yaradılması üzrə təkliflər barədə söz açılıb. Ombudsman təsisatı tərəfindən qızların və oğlanların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir.

Həmçinin keyfiyyətli səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, peyvəndlərin vurulması, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, paytaxtda və regionlarda, məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırma işi davam etdirilməlidir. Ölkənin şəhər və rayonlarında olarkən xəstəxanalara və tibbi obyektlərə, doğum evlərinə baxışlar keçirilir və müvafiq qurumlara tövsiyələr verilir.
Müvəkkil BMT-nin İqtisadi və Sosial Şurası yanında ölkəmizin ilk və indiyədək yeganə Məsləhətçi Statuslu qadın qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti olduğu dövrdə Şəkidə özülü qoyulan, daha sonra Bakı və Sumqayıt şəhərlərində də icra olunan, ilk dəfə olaraq icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə proqramların həyata keçirildiyini və BMT-nin Əhali Fondunun o zaman icraçı direktoru olan xanım Nafis Sadıqın Bakıda olarkən bu layihəni yüksək qiymətləndirdiyini vurğulayıb.

Ombudsman bildirib ki, 30 ilə yaxın davam edən erməni təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımız və bir milyondan çox qaçqın və məcburi köçkünümüz olsa da, ölkədə mövcud olan sabitlik və inkişaf nəticəsində Azərbaycan beynəlxalq miqyasda bir çox göstəriciyə görə nəinki regionda, MDB-də, hətta dünya ölkələri sırasında öndər yeri tutmuşdur.

Qeyd edilib ki, torpaqlarımızın geri qaytarılması, ədalətli sülhün imzalanması, habelə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ Müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, yeni mənzillərin tikilməsi və paylanması, onların sosial məsələlərinin həll edilməsi, iş yerlərinin açılması və özünə məşğulluq imkanlarının artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən davamlı işlər aparılır. Bu isə bütövlükdə respublikamızda əhalinin məmnunluğunun, hər bir ölkənin əsas sərvəti sayılan insan resurslarının inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş nailiyyətlər, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü fəaliyyət ölkənin mühüm sosial-iqtisadi inkişafının göstəricisidir.

Eyni zamanda bəzi problemlərin və çətinliklərin olduğu, o cümlədən qlobal iqlim dəyişikliklərinin nəticəsindəAzərbaycanın ekoloji vəziyyətinə və bununla da əhalisinə mənfi təsirgöstərdiyi, habelə erkən nikahların, boşanmaların artmasının yolverilməzliyi qeyd olunub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, erkən evliliklər, ana və uşaq sağlamlığı, cinsi yolla yoluxan xəstəliklər, İİV/QİÇS və narkomaniya problemlərinə kompleks şəkildə yanaşmaqla reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nail olmaq olar.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı aktual mövzuya həsr olunmuş dəyərli konfransın təşkilinə və məzmunlu nitqinə görə Ombudsmana minnətdarlığını bildirib. O, müzakirə olunan Ümumdünya Əhali gününün əhəmiyyətini vurğulayıb, mövzu ilə əlaqədar fikir və mülahizələrini söyləyib.

Millət vəkili ölkəmizdə müsbət addımların atıldığını, ailə, qadın və uşaq məsələlərinin dövlətin diqqətində olduğunu bildirib, bu sahədə müsbət statistik tendensiya barədə məlumat verib, qadınlara və uşaqlara xüsusi qayğı göstərildiyini vurğulayıb. O, səmərəli əməkdaşlıq etdiyi Ombudsmanın daim insan hüquqları baxımından bu mövzulara böyük önəm verdiyini qeyd edərək, eyni zamandaailə planlaşması üzrə müvafiq işlərin aparılmasının, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinindaha da təkmilləşdirilməsinin və digər məsələlərin vacibliyini diqqətə çatdırıb.

Konfransda rayonların təmsilçilərinin də çıxışları və təklifləri dinlənilmişdir. Belə ki, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov, Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədr müavini Mail İsmayılov, Balakən rayonundan olan sahibkar qadın Xanım Zumayevavə digərləri konfransın əhəmiyyətini vurğulayaraq, təmsil etdikləri rayonlarda aparılan geniş sosial-iqtisadi inkişafa əsaslanan işlər, təhsil sahəsindəki uğurlar, sahibkarlığın, yerli əhalinin rifah halının yaxşılaşması barədə ətraflı məlumat veriblər.

Yekunda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şəki şəhərində interaktiv şəkildə keçirilən növbəti regional konfransda məzmunlu çıxışlar və iştirakçıların fəallığı ilə aparılan geniş müzakirələr zamanı Qahirə Proqramının da prioritetlərinə və məqsədlərinə uyğun olaraq, son 25 ildə dövlətimizin iqtisadi və sosial, habelə insan hüquqlarısahəsində inkişafı ilə əhalinin bütün qruplarını əhatə edən islahatlar yüksək dəyərləndirilmiş və belə tədbirlərin davamlı olmasının vacibliyi vurğulanmışdır.

Tədbir iştirakçıları bu cür səmərəli konfransa görə Müvəkkilə dərin təşəkkürlərini bildiriblər.

Hər bir rayon üzrə səlahiyyətli şəxslərə fəaliyyətlərini istiqamətləndirmək məqsədilə Qahirə Konfransının əsas məqsəd və məramlarını əks etdirən, habelə Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən nəşrlər verilmişdir.

Bu kampaniya çərçivəsində növbəti konfrans Gəncədə keçiriləcəkdir.

MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Loading Bars
Xəbər lenti
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək
Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub
Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkib (FOTO)
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Sabah hava necə olacaq?
"Brent" neftinin qiyməti 2014-cü ildən sonra ən yüksək həddə çatıb
Vüqar Səfərli ilə birgə ittiham olunan restoran inzibatçısı apellyasiya şikayəti verib
Gürcüstanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb
Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşulub
Azərbaycan və Türkiyə avtomobillərinin sığorta sistemlərinin inteqrasiyasına başlanılıb
Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
“Azərişıq”ın Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi həbs olunub
Azad edilmiş ərazilərə səyahətlər birgünlük olacaq - DİN
Bütün xəbərlər