...

“Xonça” MMC-nin brend-şefləri Dünya İslam Kulinariya Konqresində jüri qismində iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 19 İyul 2019 10:00 (UTC +04:00)
Konqres çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçirilib.
“Xonça” MMC-nin brend-şefləri Dünya İslam Kulinariya Konqresində jüri qismində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə 2019-cu il 15 iyuldan başlayaraq bir neçə gün davam edən Dünya İslam Kulinariya Konqresi keçirilib. Bununla da Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycana keçirilib.

Konqres çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçirilib. Peşəkar kulinariya müsabiqəsində hotellər “Azərbaycan səhər yeməyi” sinfində, şadlıq sarayları “bəy-gəlin” və “qonaq” süfrəsi” sinfində, qida şirkətləri “Azərbaycan mətbəx furşeti” sinfində, aviaşirkətlər “Bort yeməyi” sinfində, şirniyyat müəssisələri isə şirniyyat siniflərində yarışıblar. Bu yarışların qiymətləndirilməsində dünya və yerli ustalarla yanaşı, “Xonça” MMC-nin brend-şefi Emil Əliyev və İstehsalat direktoru Rəhman Ələkbərov jüri üzvü kimi iştirak ediblər. Qeyd edək ki, aşpazlıq üzrə “Usta” dərəcəsinə malik Emil Əliyev və qənnadçılıq üzrə “Usta” dərəcəsinə malik Rəhman Ələkbərov artıq uzun müddətdir ki, “Xonça” MMC-də öz peşəkarlığı və tövsiyələri ilə istehlakçıların ağız dadını oxşayan təamların hazırlanmasında birbaşa istirak edirlər.

Məlumat üçün bildirək ki, bu mötəbər tədbirdən sonra dünyada ilk dəfə “Hilal Star”ı (İslam Mişleni) restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlayıb və bununla da “Hilal Star”ın tarixi Azərbaycandan başlayacaq. Bundan əlavə, tədbir daxilində WICS münsiflər treninqi də keçirilib. Ölkəmizin aparıcı (usta aşpaz və ya ali peşə təhsili alan) mütəxəssisləri Beynəlxalq WICS münsif sertifikatı alıblar. Bu isə onların müxtəlif beynəlxalq tədbirlərə münsif kimi dəvət edilməsinə imkan verəcək.

Əlaqələndirici şəxs:

Afaq İbrahimova

İctimaiyyətlə Əlaqələr bölmə müdiri

E-mail: Afaq.İ[email protected]

Tel: (+99455) 204 34 45

Məqalədə:
Xəbər lenti

Xəbər lenti