...

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Cəmiyyət Materials 22 İyul 2019 17:58 (UTC +04:00)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Bakı. İlhamə İsabalayeva - Trend:

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti