...

Baş prokurorun birinci müavini İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək

Cəmiyyət Materials 24 İyul 2019 11:58 (UTC +04:00)
Baş prokurorun birinci müavini İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək
Baş prokurorun birinci müavini İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il avqustun 2-də saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti