...

Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloq

Cəmiyyət Materials 24 İyul 2019 15:37 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə tanınmış cərrah, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımini təqdim edirik.
Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloq

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə tanınmış cərrah, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımini təqdim edirik.

Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 750-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.

Dr.Kazımi ümumi cərrahiyyə, qara ciyər transplantasiyası, böyrək transplantasiyası əməliyyatlarını icra edir. Həmçinin qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatı, qida borusu, mədə, 12-barmaq bağırsaq cərrahiyyəsi, yoğun bağırsaq, düz bağırsaq cərrahiyyəsi, qarın ön divarı yırtıqları üzərində cərrahi əməliyyatlar həyata keçirir. Bütün bu əməliyyatları laparoskopik və açıq üsulla icra edir.

Qeyd edək ki, Dr.Mircəlal Kazımi 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam edib.

Dr.Mircəlal Kazımi daim öz üzərində çalışan cərrahdır, dünya tibb aləmində baş verən hadisələri müntəzəm olaraq izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. O, 2010-cu ildə Türkiyənin İzmir şəhərində yerləşən "Kent" xəstəxanasında, 2012-ci ildə Cənubi Koreyanın Seul şəhərində ASAN Medical Mərkəzdə, 2009-2010-cu illərdə Türkiyənin "Kent Hastanesi" qaraciyər transplantasiyası proqramında, 2013-cü ildə Türkiyədə 25-ci İllik qaraciyər transplantasiyası konqresində iştirak edib.

2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mircelal-kazimi/#Mirc%C9%99lal%20Kaz%C4%B1mi

Dr. M.Kazıminin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti