...

Meksika ilə Azərbaycan arasında turist axını artıb

Gündəm Materials 21 Avqust 2019 10:56 (UTC +04:00)
Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb.
Meksika ilə Azərbaycan arasında turist axını artıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8.93% artıb, Meksikada isə azərbaycanlı turistlərin sayı 19.06% çoxalıb. Ümumilikdə isə 2014-2018-ci illər ərzində ikitərəfli turist axını 20% artıb.

Bildirilir ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər. 2018-ci ildə 42 milyondan çox ziyarətçi qəbul edən Meksika dünyanın 6-cı ən çox ziyarət olunan ölkəsinə çevrilib. Ölkənin şimalındakı səhralı ştatlardan - cənubdakı gözəl çimərliklərə qədər, Meksikanın 32 ştatı zəngin mədəniyyət, macəra, istirahət və idman müxtəlifliyini təklif edir.

Türk Hava Yollarının İstanbul-Mexiko-Kankun-İstanbul uçuş xəttinin bu ilin avqust ayında işə salınması isə ölkələrimiz arasında turizm mübadiləsinə töhfə vermək üçün yeni imkanlar açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti