...

İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək

Cəmiyyət Materials 25 Sentyabr 2019 17:13 (UTC +04:00)
Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçiriləcək.
İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur.

Paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçiriləcək imtahanlarda müəllimlər onlayn şəkildə 25 sualı cavablandıracaq.

İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Daha sonra həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti