BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib (FOTO)

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi bu ali təhsil ocağının Qazax filialında qeyd edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, filialın Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində BDU-nun rektoru Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Filialın direktoru Arif Rüstəmov tədbir iştirakçılarını, müəllim və tələbələri Universitetin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. A.Rüstəmov Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə BDU-nun Qazax filialı kimi fəaliyyətə başlamış ali tədris müəssisəsində universitet və rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində təhsilin müasir tələblərə uyğun olaraq qurulması istiqamətində görülən işlərdən, ixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Rektor Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax Müəllimlər Seminariyasının və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək Seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb, onun Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini, noyabr ayında böyük tədbirin keçiriləcəyini vurğulayıb.

Rektor, eyni zamanda, Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən də danışıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib. Ölkənin əsas təhsil ocağının filialının Qazaxda fəaliyyət göstərməsini Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və qayğısı kimi dəyərləndirib. Bildirib ki, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamda universitetin tarixini və fəaliyyətini yüksək qiymətləndirərək söylədiyi fikirlər ölkə təhsilinə, ziyalılığa verilən dəyərdir. İcra başçısı onu da qeyd edib ki, filialın gündən-günə inkişafı, rayondakı parlaq fəaliyyəti, gələcəkdə ictimai həyatımızın formalaşmasında fəaliyyət göstərəcək gənclərin ali təhsil almalarındakı rolu Qazax rayonunun yüz illərlə gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinin nümunəsidir.

Sonra filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov və III kurs tələbəsi Səbinə Camalova çıxış ediblər.

Bakı Dövlət Universitetinin yeni bayrağı filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verilib.

Avqustun 6-da xarici valyutaların manata qarşı məzənnələri
Avqustun 6-da xarici valyutaların manata qarşı məzənnələri
“AccessBank”ın debit kartları 50% endirimlə!
“AccessBank”ın debit kartları 50% endirimlə!
Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir - Nazir
Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir - Nazir
Loading Bars
Xəbər lenti
Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)
Dövlət qulluğu imtahanı ilə bağlı statistik məlumatlar açıqlanıb
Gömrükdən gizlədilən dərman preparatları aşkar edildi (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 770 nəfəri keçib
İmişlidə oğurluq edən şəxslər saxlanılıb
Milli Məclisin növbədənkənar iclası başlayıb
Yasamalda tanışını ağır yaralayan şəxs saxlanılıb
“DOST” mərkəzlərində vətəndaş qəbulu bərpa olundu (FOTO)
Şabranda əməliyyat: üç nəfər saxlanıldı (FOTO)
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb
Koronavirusa yoluxan və xəstəlikdən ölən tibb işçiləri ilə bağlı təzminatın ödənilməsi üçün təkliflər hazırlanıb - RƏSMİ
Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub
General Polad Həşimovun adı Həzi Aslanovun adına olan küçəyə verilməyib - İcra Hakimiyyəti (YENİLƏNİB) (FOTO)
TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatdı
Azərbaycanla İran arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Məktəblər açılsa, hansı şərtlərə əməl edilməlidir?
Biləsuvarda gizli nişan mərasimi keçirənlər cərimələnib
Bu içkilər kökəlməyə yol açır
Goranboyda qadın güllələnərək öldürülüb
Qazaxıstandan ölkəmizə indiyədək gəmi ilə 180 azərbaycanlı gətirilib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəlib (FOTO)
Avqustun 6-da xarici valyutaların manata qarşı məzənnələri
Elin Süleymanov: Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
Deputatlar bu gün 6 məsələni müzakirə edəcək
Sumqayıtda "LADA" yanıb
Seul KXDR ilə ticarət mübadiləsi imkanlarını araşdırır
2020-ci ildə "Amazon" korporasiyasının 7.2 milyard dollardan çox səhmi satılıb
BMT-nin baş katibi: Nüvə silahına sahib olmaq təhlükəsizliyi zəiflədir
Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb
ABŞ ölkə seçkilərinə müdaxilə edənlər barədə məlumat üçün $10 milyon mükafat vəd edir
"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar
Bakıda çoxmərtəbəli binada yanğın olub
Pompeo Avstriya, Sloveniya, Polşa və Çex Respublikasına səfər edəcək
Estoniyada koronavirusun ikinci dalğası başlayır
Moskvada son sutkada koronavirusdan daha 13 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 206 mindən çox artıb
Livanda partlayışda həlak olanların sayı 137 nəfərə yüksəlib (Əlavə olunub)
Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb
Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü “Hədəf”də müzakirə olunub (FOTO)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Vəkili Fuad Qəhrəmanlının son vəziyyəti ilə bağlı açıqlama verdi
Hər bir Azərbaycan vətəndaşının sosial həyatı və rifahı dövlət qayğısı ilə daim əhatələnəcək - Bəhruz Quliyev
Koronavirusun ikinci dalğası Fransanı da gözləyir
Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq
Peşə təhsili üzrə imtahanın keçirilmə QAYDASI müəyyənləşdi
Xaricdəki azərbaycanlı professorlar: Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir
Azərbaycan Livana 1 milyon 700 min manat maliyyə yardımı edəcək
Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir
“Ford” şirkətinin rəhbəri istefa verib
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general Polad Həşimovun adı verilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə: Qeydiyyat başlayır
Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar verilib - BNA
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlanıb
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi (FOTO)
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB
Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur
Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib
Maskotlar vətəndaşları məlumatlandıracaq (FOTO)
Şotlandiyanın iri şəhərində yenidən sərt karantin rejimi tətbiq edilib
“Porsche” 400-dən çox avtomobili geri çağırır
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb
Avqustun 6-da dolların manata qarşı məzənnəsi
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib (FOTO/VİDEO)
Hövsanda xüsusi oksigen generatoru olan modul tipli xəstəxana istifadəyə verildi (FOTO)
Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə statistikanı açıqlayıb
Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb
Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib
Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü
Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB
Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi
PAŞA Sığortadan könüllü əmlak sığortasını hissəvi ödənişlə əldə etmək imkanı!
Ramin Bayramlı: Ölkəmizdəki tibbi personalın sayı yetərlidir
Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub (FOTO)
Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın
İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi
Xudatda xüsusi karantin rejimini pozanlar cərimələniblər (FOTO)
AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı
Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü
Kalmıkiyanın rəhbəri koronavirusa yoluxub
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir
Ramin Bayramlı koronavirusun payız aylarında yarada biləcəyi problemlərdən danışdı
DSX: Külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb (FOTO)
Prezident İlham Əliyev Livanın dövlət başçısına başsağlığı verib
Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur
Ramin Bayramlı: COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir
Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti olaraq modul xəstəxanaya çevrildi (FOTO)
uBankdan yeni imkan: Sizə “Contact” ilə göndərilən pulu banka getmədən alın!
Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb
Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA
Bütün xəbərlər