...

Bu il 5561 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Cəmiyyət Materials 8 Oktyabr 2019 19:09 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir.
Bu il 5561 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 5561 nəfər işaxtaran və işsiz şəxs bu layihəyə cəlb edlib.

Layihə iştirakçılarından 1345 nəfəri qadınlar, 1346 nəfəri əlilliyi olan şəxslər, 1070 nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardımı alan vətəndaşlardır.

Qeyd edək ki, proqrama cəlb edilən şəxslərdən 4124 nəfəri artıq təlim kursunu müvəffəqiyyətlə başa vurub. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti