Nazir: Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb, 206 ev tikilir

Nazir: Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb, 206 ev tikilir

Bakı. Samir Əli - Trend:

Bu gün Fövqəladə Hallar Nazirliyində bu il fevralın 5-6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib.

Trend-in məlumatına görə, toplantıda fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Cəmil Əliyev və zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri iştirak edib.

Toplantının keçirilməsində məqsəd baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi sərəncam və tapşırıqların icrası üzrə ötən dövr ərzində görülmüş tədbirlərin, həmçinin işlərin qısa müddətdə yekunlaşdırılması istiqamətində qarşıya çıxan məsələlərin həlli yollarının müzakirəsi olub.

Toplantıda çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin hadisənin səhəri günü zəlzələ zonasına səfər etməsi, təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olması, zəlzələdən ziyan görmüş insanlarla görüşməsi və fəsadların operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi ölkə başçısının çətin vəziyyətə düşən vətəndaşlarımıza hər zaman göstərdiyi ali dövləti qayğının növbəti təsdiqi oldu. Odur ki, hadisədən dərhal sonra zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olub. Bu isə əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə qeyd olunur.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Nazir K.Heydərov bildirib ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70%-ə qədəri yerli sakinlərdən ibarətdir.

Qeyd olunub ki, 30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq.

Nazirin sözlərinə görə, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib. Bu səbəbdən, Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir.

Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir.

Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatıb, 423 evdə bərpa işləri davam etdirilir. Digər bərpaya ehtiyacı olan evlərlə bağlı sənədləşmə işləri başa çatmaq üzrədir və yaxın günlərdə bərpa işlərinə başlanılacaq.

Nazir xüsusilə vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə xeyli işlər görülüb. İlk günlərdə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilib, sosial vəziyyəti ağır olan ailələrin yaşayış-məişət problemləri araşdırılıb, müvafiq köməklik göstərilib. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən zəlzələdən zərərçəkmişlər üçün 79 yeni fərdi yaşayış evi tikilib, 15 ev əsaslı təmir edilib. Nazir bildirib: “Bu gün də bölgədə Heydər Əliyev Fondu ilə əlaqələndirilmiş şəkildə fəaliyyətimiz davam edir və Fondun böyük dəstəyini hiss edirik”.

K.Heydərov onu da əlavə edib ki, bölgədə müayinə, bərpa və təmir işləri ilə bağlı bəzi problemlərlə qarşılaşılır. Belə ki, zəlzələnin baş verdiyi tarixdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər vətəndaşlar tərəfindən evlərinə baxış keçirilməsi barədə müraciətlər davam edir. Qeyd edilib ki, nazirliyin müayinə qrupları 6 ay ərzində zəlzələ bölgəsində olublar. Araşdırmalar göstərir ki, zəlzələdən sonrakı ilk aylarda daxil olan müraciətlər istisna olmaqla, digər ilkin baxış müraciətlərinin mütləq əksəriyyəti əsassız olub. Həmin evlərə baxışlar keçirilərkən onlarda zəlzələ ilə əlaqədar qüsurların olmadığı və əksəriyyətinin qənaətbəxş vəziyyətdə, bir sıra evlərin isə uzun müddət istifadəsiz olduğu müəyyən edilib. Müraciətlər çox vaxt zəlzələ ilə əlaqəsi olmayan, baxımsızlıq səbəbindən fiziki köhnəlmiş, habelə bəzi vətəndaşların özləri tərəfindən sonradan müdaxilə edilmiş evlərin, yardımçı tikililər və hasarların, yay aylarında mövsümi istifadə üçün nəzərdə tutulan tikililərin bərpası ilə bağlı olur. Buna baxmayaraq, həmin insanlar təkrar baxış üçün müraciət etməkdə davam edirlər. Belə ki, 25 sentyabr 2019-cu il tarixinə qədər zəlzələ bölgəsindən nazirliyə daxil olmuş 6 minə yaxın vətəndaş müraciətinin 2511-i təkrar müraciətdir. Həmçinin, 268 vətəndaşdan 4 və daha artıq müraciət daxil olub. Odur ki, ilkin baxış komissiyalarının fəaliyyəti artıq dayandırılıb və nazirlik tərəfindən zəlzələ bölgəsində müayinə işləri başa çatdırılıb. Bundan sonra işlər yalnız bu vaxta qədər tərtib edilmiş aktlar əsasında formalaşdırılmış siyahılar üzrə aparılacaq və evlərin müayinəsi üçün müraciətlərə baxılmayacaq.

Toplantıda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış edərək görülən işlər barədə məlumat veriblər. Zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün göstərdikləri xüsusi diqqət və qayğıya görə rayon camaatı adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Bildirilib ki, ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq, zəlzələ nəticəsində İsmayıllı rayonu üzrə təmirə ehtiyacı olduğu müəyyən edilmiş 458 evdən 416-da, Şamaxı rayonu üzrə 2264 evdən 501-də, Ağsu rayonu üzrə 2104 evdən 408-də təmir işləri artıq bitib. Həmçinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən ümumilikdə 3 məktəb, 3 uşaq baxçası və 10 tibb məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bunlardan 3 məktəb və 6 tibb məntəqəsində işlər yekunlaşıb, digər obyektlərdə isə işlər yaxın zamanlarda bitəcək. İşlərin qısa müddətdə tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

Sonra tikinti-bərpa işlərini həyata keçirən podratçı şirkətlərin nümayəndələri çıxış edərək görülən işlər və qarşıya çıxan məsələlər barədə toplantı iştirakçılarına məlumat veriblər.

Sonda ölkə rəhbərliyinin sərəncam və tapşırıqlarının qısa müddətdə icrasının təmin edilməsi və işlərin tezliklə sona çatdırılması məqsədilə qarşıda duran məsələlər geniş müzakirə edilib. İşlərin vaxtında başa çatdırılması üçün nazir K.Heydərov nazirliyin aidiyyəti qurumlarına və podratçı təşkilatlara müvafiq tapşırıqlar verib.

Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edildi
İndoneziyada Xocalı soyqırımı ilə bağlı poçt markası nəşr edildi
Loading Bars
Xəbər lenti
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
Tovuzda mərmi tapıldı
Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur
Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə Azərbaycan Milli Karate Federasiyası arasında memorandum imzalanıb (FOTO)
Səfirlik: Sərhəd problemindən Naxçıvanın zərər görməməsi üçün tədbirlər görülür
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib (FOTO)
117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 3 məntəqəsində nəticələr ləğv olundu
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib - Türkiyəli diplomat
Ombudsman məcburi köçkün qadınların hüquqlarının təmini məsələsinə həsr edilmiş beynəlxalq konfransda çıxış edib (FOTO)
İrandan gələn daha iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi
Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı
MSK daha bir məntəqə üzrə nəticələri etibarsız saydı
Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir - Ticarət Nazirliyi
Yasamal Birinci Seçki Dairəsində 4 məntəqə üzrə seçkinin nəticələri ləğv edildi
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb
Sumqayıt İkinci Seçki Dairəsinin 2 məntəqəsində nəticələr etibarsız sayıldı
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
Məzahir Pənahov: MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
Hikmət Babaoğlu: Azərbaycan multikultural və tolerant dəyərlərə söykənərək yeni keyfiyyət platformaları yaradır
“Ulduz” şokolad festivalında iştirak edib (FOTO/VİDEO)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib (FOTO)
MSK daha bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi
Abşeronda 64 yaşlı qadın dənizdə batıb
İki seçki məntəqəsinin komissiyaları nəzarətə götürülüb - Məzahir Pənahov
Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elanının vaxtını uzadıb
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Səbail rayonunda hesabat yığıncağı keçirilib (FOTO)
MSK daha bir məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb
Daha bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi
Sabirabad Birinci Seçki Dairəsi üzrə bir məntəqədə nəticə etibarsız sayıldı
Tovuz-Qazax-Ağstafa seçki dairəsində bir məntəqədə nəticə ləğv edildi
Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib
Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır - Məzahir Pənahov
Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Fevralın 25-nə manatın məzənnəsi
Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb (FOTO)
MSK iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi
Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb
İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ
Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır
MSK-nın seçkilərlə bağlı iclası başladı
Nazirlər Kabineti koronavirusa qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü
Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək
Ötən gün yol qəzalarında 5 nəfər ölüb
“Yüksəliş” müsabiqəsinin Qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib
ETSN-də ictimai dinləmə keçiriləcək
Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Artur Rasi-zadəni ordenlə təltif edib
Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev İsrafil Qurbanovu ordenlə təltif edib
İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi (ÖZƏL)
KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir
Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb (FOTO)
Avtomobilini yol ayırıcısına vuran sürücü öldü
Azərbaycan İlahiyyat İnstitutunda “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunub (FOTO)
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Yelo Bank içməli su təchizatına dair tender elan edir
Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ
BSU-da tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)
“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib
Unibank-ın təqaüdçülər kampaniyası davam edir
Elxan Ələsgərov: Paşinyanın "Mənim addımım" bloku və Ermənistanda çiçəklənən faşizm
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq
“FINCA Azerbaijan” Balakən və Tovuz filiallarının rəsmi açılışını etdi (FOTO)
Britaniya səfiri şimal bölgəsinə səfər edib (FOTO)
İranda daha 18 nəfər yeni koronavirusa yoluxub
Naxçıvan Ali Məclisinə sədr seçildi
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı (FOTO)
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)
"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək
Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar (FOTO)
İranda koronavirusa yoluxanların sayı 60-ı keçib (ƏLAVƏ OLUNUB)
ÜST Azərbaycanda koronavirusun olması ilə bağlı məlumatlara münasibət bildirdi
Azərbaycan İlahiyyat İnstitutu “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib (FOTO)
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq Prezidentin səfəri ilə daha da möhkəmləndi - Politoloq
Digər dillərdə oxumaq istəyənlər üçün 1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıldı
Koronavirus təhlükəsi Azərbaycanda qızıl qiymətlərinə təsir etmir
Gədəbəydə "VAZ" "KamAZ"la toqquşub, ölən var
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN
Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək
51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanda qiymətli metalların hasilatı artıb
Lerikdə "UAZ" dərəyə aşdı: Sərnişin və 1 yaşlı oğlu öldü
Bütün xəbərlər