...

Heydər Əliyev Mərkəzində “Natiq” ritm qrupunun konserti olub (FOTO/VİDEO)

Cəmiyyət Materials 10 Noyabr 2019 23:21 (UTC +04:00)
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupunun konserti olub
Heydər Əliyev Mərkəzində “Natiq” ritm qrupunun konserti olub (FOTO/VİDEO)

Bakı. Trend:

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupunun konserti olub.

Trend-in məlumatına görə, qrup «Qaytağı», «Qaval rəqsi», «Bir qəlbdə iki ruh», «Yaradılış», «Atəşgah» və digər kompozisiyalarını, eyni zamanda məhz bu konsert üçün hazırladığı yeni nömrələri təqdim edib.

İki saata yaxın davam edən konsert gözəl səhnə tərtibatı, rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti