...

Florence Nightingale Xəstəxanalar Qrupunda təcrübə mübadiləsi proqramı keçirilib

Cəmiyyət Materials 13 Dekabr 2019 15:20 (UTC +04:00)
Əməkdaşlarımız 9-13 dekabr 2019-cu il tarixlərində Florence Nightingale Xəstəxanalar Qrupunda təcrübə mübadiləsi proqramında iştirak edirlər.
Florence Nightingale Xəstəxanalar Qrupunda təcrübə mübadiləsi  proqramı keçirilib

Bakı. Trend:

Əməkdaşlarımız 9-13 dekabr 2019-cu il tarixlərində Florence Nightingale Xəstəxanalar Qrupunda təcrübə mübadiləsi proqramında iştirak edirlər. Proqramın İlk günü Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə Azərbaycandan və Qazaxıstandan gələn nümayəndə heyətinə Florence Nightingale Xəstəxanalar Qrupu haqqında ətraflı məlumat verib.

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinin operatoru Nigar Zeynalova, Kardiologiya şöbəsinin baş tibb qardaşı Vüsal Əliyev, tibb avadanlıqları üzrə mühəndis İbrahim İbrahimov Alqı-Satqı Təchizat şöbəsinin ambardarı Natiq Məmmədov, Texniki Təsərrüfat şöbəsinin texniki Rüfət Ələkbərov Florence Nightingale Xəstəxanalar Qrupunun müxtəlif şöbələrinin fəalyyəti ilə tanış olublar.

Biomedikal şöbəsinin əməkdaşı Serfa Aralan, Xəstə xidmətləri şöbəsi üzrə məsul şəxs Cemal Siy, Çağrı mərkəzi üzrə məsul şəxs Sinem Çökmez azərbaycanlı həmkarlarına Florence Nightingale Xəstəxanalar Qrupunda həyata keçirilən texniki işlər barədə ətraflı məlumat verib, xəstəxananın tibb avadanlıqları, anbarları və təsərrüfat işlərinin təşkili ilə tanış ediblər.

Qeyd edək ki, 3 may 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Florence Nightingale Xəstəxanalar Qrupu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti