...

Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir

Cəmiyyət Materials 21 Dekabr 2019 15:10 (UTC +04:00)
Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.
Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir

Bakı. Trend:

Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kursun əsas məqsədi müxtəlif dövlət qurumlarında çalışan kibertəhlükəsizlik mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsi və onların müasir qlobal çağırışlara qarşı hazırlıqlarının artırılmasıdır.

Dekabrın 28-dək davam edəcək tədbirin sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti