...

22 saylı Nəsimi II seçki dairəsinin seçiciləri səsvermədə fəal iştirak edirlər

Cəmiyyət Materials 23 Dekabr 2019 09:47 (UTC +04:00)
22 saylı Nəsimi II seçki dairəsində də şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.
22 saylı Nəsimi II seçki dairəsinin seçiciləri səsvermədə fəal iştirak edirlər

Bakı. Trend:

Dekabrın 23-də bələdiyyə seçkilər günüdür. Bütün seçki dairələrində olduğu kimi, 22 saylı Nəsimi II seçki dairəsində də şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.

Trend-in məlumatına görə, bu seçki dairəsinə 28 seçki məntəqəsi daxildir. Bu məntəqələrdə 38414 seçici öz namizədinə səs verəcək.

Dairə seçki komissiyasının sədri Vaqif Qasımov məlumat verib ki, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə ilə təchiz edilib, onlarda kompüterlər və digər avadanlıq quraşdırılıb. Seçki məntəqələrindən 10-da veb-kamera quraşdırılıb.

Dairədə üzrə məntəqələrdə səsvermənin gedişini 410 yerli müşahidəçi izləyir.

V.Qasımov qeyd edib ki, bu dairə üzrə 68 namizəd qeydiyyata alınıb.

Seçicilər səsvermədə fəal iştirak edirlər. Səhər saatlarında səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti