...

Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək

Cəmiyyət Materials 24 Dekabr 2019 13:57 (UTC +04:00)
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək
Bakıdan Rusiya sərhədinə qədər inşa edilən yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək

Qusar. Ceyhun Ələkbərov - Trend:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu tezliklə istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası yolu Şimal-Cənub yükdaşımalarının vaxtını iki dəfəyədək azaldacaq:

“Analoji avtomagistral artıq istifadəyə verilib və tezliklə yeni magistral da işə salınacaq. Hər iki yol əhalinin yaşadığı ərazilərdən yan keçir”.

Ş.Mustafayev əlavə edib ki, yeni körpü Azərbaycanda turizmin inkişafına təkan verəcək:

“Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 900 mindən çox turist səfər edib. Onlardan 70%-i yerüstü nəqliyyatdan istifadə edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti