...

Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

Cəmiyyət Materials 30 Dekabr 2019 19:30 (UTC +04:00)
Mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alınıb.
Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb. Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən,hər biri şəffaf sellofana bükülü 7 ədəd "İphone 11 Pro" və 2 ədəd "İphone XS" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti