...

Afət Həsənovanın seçicilərlə görüşləri davam edir (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2020 09:24 (UTC +04:00)
Seçicilər yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənovaya səs verəcəklərini bildirdilər
Afət Həsənovanın seçicilərlə görüşləri davam edir (FOTO)

Bakı. Trend:

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən namizədi Afət Həsənovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına əsasən, Bülbülə qəsəbəsi, Üçüncü Mədən küçəsində seçicilərlə görüşdə Afət Həsənova Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının yaxşılaşdırılmasından və bu sahələrdə əldə olunan uğurlar haqqında danışıb. O, özü haqqında məlumat verib, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin və Yeni Azərbaycan Partiyasının etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, seçicilər tərəfindən səsləndirilən təklif və müraciətləri dinləyib. Seçicilərin qaldırıqları məsələlərin həll edilməsi məqsədi ilə qeydiyyatı aparılıb.

Görüşdə iştirak edən Suraxanı rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev çıxışında Afət Həsənovanın rayon sakinlərinin etimadını hər zaman doğrultduğunu, üzərinə düşün işin öhdəsindən layiqincə gəldiyini qeyd edib. O, hər kəsi 9 fevralda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb.

Sonda seçicilər yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənovaya səs verəcəklərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti