...

“Azərişıq” təhlükəli hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət Materials 7 Fevral 2020 15:22 (UTC +04:00)
“Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub.
“Azərişıq” təhlükəli hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən havanın 8-11 fevral tarixində təzadlı dəyişəcəyi, fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlayacağı ilə bağlı yayılan məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib:

“Məsələ ilə əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda, həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.

T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayının artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildirir ki, havanın küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti